«Super-Mega-Bomba Lotereya» ADLI STİMULLAŞDIRICI TİRAJLI LOTEREYANIN KEÇİRİLMƏSİ BARƏDƏ ŞƏRTLƏR

“Super-Mega-Bomba Lotereya” adlı stimullaşdırıcı tirajlı lotereyanın keçirilməsi barədə bu Şərtlərdə (bundan sonra Şərtlər) istifadə olunan əsas anlayışlar aşağıdakılardır: Umico platforması  –  “Umico” mobil tətbiqi və ya “Umico.az” saytıdır. Birbank kartları – “Kapital Bank” ASC-nin bir bank kartlarıdır.Umico Premium istifadəçiləri- Umico paltformasında “Umico Premium” abunəliyinə malik olan fiziki şəxs
1. TƏŞKİLATÇI VƏ SİFARİŞÇİ HAQQINDA MƏLUMAT

1.1. Lotereyanın təşkilatçısı: “Proxy” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra “Təşkilatçı” adlanacaqdır).

— Təşkilatçının hüquqi ünvanı: AZ1015, Bakı şəhəri, Xətai raronu, İnqlab İsmayılov küçəsi, ev 46, mənzil 66;

— Təşkilatçının faktiki ünvanı: AZ1065, Azərbaycan, Bakı şəhəri, Bakıxanov küçəsi, 48C;

— VÖEN: 2005810211;

— Əlaqə nömrələri: (012) 493 31 90; (055) 300 44 26;

1.2. Lotereyanın obyektləri: bu Şərtlərə uyğun Umico platformasında 50 manat dəyərində və ya daha yuxarı məbləğdə  alınmış malların çatdırılması

1.3. Sifarişçi: “Competo” MMC.

2. LOTEREYANIN ADI, FORMASI, MÜDDƏTİ VƏ KEÇİRİLDİYİ ƏRAZİ

2.1. Lotereyanın adı və forması: “Super-Mega-Bomba Lotereya” stimullaşdırıcı tirajlı lotereya (bundan sonra “Lotereya”).

2.2. Lotereyanın başlama tarixi: 04 noyabr 2024-cü il

2.3. Lotereyanın bitmə tarixi: 05 yanvar 2025-cü il

2.4. Tirajların sayı (tarix aralığı): 10

I tiraj - 04.11.2024 – 10.11.2024;

II tiraj - 11.11.2024 –17.11.2024;

III tiraj -18.11.2024 – 24.11.2024;

IV tiraj - 25.12.2024 – 01.12.2024;

V tiraj – 02.12.2024 – 08.12.2024;

VI tiraj - 09.12.2024 – 15.12.204;

VII tiraj -16.12.2024 – 22.12.2024;

VIII tiraj - 23.12.2024 – 29.12.2024;

IX tiraj - 30.12.2024 – 05.01.2025;

X tiraj - 04.11.2024- 05.01.2025

2.5. Lotereyanın keçirilmə ərazisi: Azərbaycan Respublikası

2.6. Lotereyanın uduş fondunun baş tutacağı tarixləri:

I tiraj üzrə 22.11.2024-cü il;

II tiraj üzrə 29.11.2024-cü il;

III tiraj üzrə 06.12.2024-cü il;

IV tiraj üzrə 13.12.2024-cü il;

V tiraj üzrə 20.12.2024-cü il;

VI tiraj üzrə 27.12.2024-cü il;

VII tiraj üzrə 10.01.2025-ci il;

VIII tiraj üzrə 17.01.2025-ci il;

IX tiraj üzrə 24.01.2025-ci il tarixdə saat 14:00-də

X tiraj: Final oyun üzrə 24.01.2025-ci il (uduş fondu 04.11.2024 - 05.01.2025-cü il tarix aralıqlarında əldə edilmiş və uduşu olmayan lotereya biletləri arasında oynalıcaqdır) tarixində saat 15:00-də  və

Premium oyun ( bütün tirajlar üzrə keçirilir) 24.01.2025-ci il (uduş fondu 04.11.2024 - 05.01.2025-cü il tarix aralıqlarında  “Umico Premium” abunəçiləri tərəfindən əldə edilmiş lotereya biletləri arasında oynalıcaqdır) tarixində saat 16:00-də

3. LOTEREYADA İŞTİRAK VƏ UDUŞUN MÜƏYYƏN EDİLMƏSİ QAYDALARI

3.1. Lotereya iştirakçısı olmaq istəyən şəxs https://landings.umico.az/super-mega-bomba-lotereya/ hiperkeçidə daxil olmaqla lotereya şərtləri ilə tanış ola bilər. Lotereya iştirakçısı olmaq istəyən şəxs https://umico.az// hiperkeçiddə yerləşən ofertanın şərtlərini qəbul etməklə lotereyada iştirak etməsinə dair razılığını bildirir. Umico.az platformasında əvvəl qeydiyyatdan keçmiş şəxslərin platformada olan şəxsi kabinetlərinə ofertanın şərtləri göndərilir. Bildirişi qəbul etməklə həmin şəxslər Lotereyada iştirak etməsinə dair razılığı bildirirlər. İştirakçılar bu  Şərtərin 3.7.-ci bəndində göstərilən Umico mobil tətbiqində yaradılmış şəxsi kabineti vasitəsi ilə  və “915 – Çağrı mərkəzi”nə zəng edib sorğu yaratmaqla lotereya şansları barədə məlumat əldə edə bilər.


3.2. Lotereyada iştirak edən şəxs bu Şərtlərə uyğun olaraq hər tiraj üçün nəzərdə tutulmuş müddət ərzində Umico platformasında  onun tərəfindən alınmış  və ona çatdırılmış malların (bundan sonra alış(lar)) dəyəri  50(əlli) manata çatdıqda  həmin şəxs müvafiq tiraj üzrə lotereyada  iştirak etmək üçün 1 şans qazanır, həmin mallar Umico platformasında  “Kapital Bank” ASC-nin kartı  vasitəsi ilə alındığı halda həmin şəxs müvafiq tiraj üzrə lotereyada  iştirak etmək üçün 2 şans qazanır, həmin mallar Umico platformasında kreditlə alındığı halda həmin şəxs müvafiq tiraj üzrə lotereyada  iştirak etmək üçün 3 şans qazanır.


1-ci misal: İstənilən  ödəniş üsulu  vasitəsilə 250 (iki yüz əlli) manatlıq alış zamanı 5 şans

2-ci misal: Birbank kartları vasitəsilə 250 (iki yüz əlli) manatlıq alış zamanı 10 şans

3-cü misal: Kredit vasitəsilə 250 (iki yüz əlli) manatlıq alış zamanı 15 şans 


3.3. Müvafiq tirajın müddəti ərzində alış(lar)ın dəyəri 50(əlli) manatı keçdiyi halda, artıq olan məbləğ həmin tirajin müddətində edilən digər alış(lar)ın məbləğinə əlavə edilir. Lotereyada iştirak etmək şansı alış(lar)ın müştəriyə təhvil verilməsi günündən yaranır. Əgər alış/sifariş müvafiq tiraj zamanı həyata keçirilərsə və onun çatdırılması bu tirajın müddəti bitdikdən sonra, lakin bu tirajla bağlı uduşların oynanılmasından əvvəl olduqda, lotereyada iştirak etmək şansı alışın aparıldığı (sifarişin rəsmiləşdirildiyi) tiraja aid edilir.

1-ci misal: Lotereyada iştirak edən şəxs Umico platformasında 70 (yetmiş) manat dəyərində aldığı malları və həmin mallar  ona çatdırıldığı halda, həmin şəxs 1 şans  qazanır (alış(lar)ın məbləği 50 (əlli) manata çatdığında görə), habelə əlavə olaraq həmin tirajın müddəti ərzində “Umico platformasında 30(otuz) manatlıq alış etdiyi halda, həmin şəxs əlavə olaraq 1 şans qazanır (ilkin alışdan 20(iyirmi) manat ikinci alışın məbləğinin üstünə gəlir və nəticədə 50 (əlli) manat əmələ gəlir.

Qeyd: Müvafiq tirajın müddəti ərzində alış(lar)ın dəyəri 50(əlli) manatı keçdiyi halda, artıq olan məbləğ digər  tirajin müddətində edilən alış(lar)ın məbləğinə əlavə edilmir.

2-ci misal: Birinci tiraj dövründə (04.11.2024–10.11.2024) lotereyada iştirak edən şəxsə Umico platformasında 70 manat dəyərində aldığı malın çatdırılması 12.11.2024-cü il tarixdə baş tutduğu halda, malın çatdırılması birinci tirajın uduşunun oynanılmasından əvvəl (22.11.2024-1-ci tirajin uduşların oyananılması tarixi) həyata keçirildiyi üçün şəxsə həmin tiraj üçün lotereyada iştirak etmək şansı verilir.


3.4. Lotereyada iştirak edən şəxs etdiyi alışda olan malları tam və ya qismən qaytardıqda, həmin şəxsə əvvəl verilmiş lotereya bileti ləğv olunur.

3.5. Tütün və tütün məmulatları, alkoqollu içkilər alışın kassa qəbzində əks olunduğu halda alıcıya lotereya bileti təqdim edilmir.

Misal: Lotereyada iştirak edən şəxs Umico platformasında 100 manat dəyərində mallar aldıqda, onların alkoqollu içki, tütün və ya tütün məmulatları olduğu halda, həmin şəxsə lotereya biləti təqdim edilmir.

3.6. Bu Şərtlərə uyğun hər alışa görə verilən lotereya bileti iştirakçıya elektron qaydada onun Umico mobil tətbiqində yaradılmış şəxsi kabinətinə göndərilir və orada elektron biletinin nömrəsi (indentifikasiya kodu) və ümumi biletlərin sayı barədə məlumatlar əks olunur. İndefikasiya kodu 7 rəqəmdən ibarət olan və təkrarlanmayan fərdi nömrə olacaqdır (Misal: 1337522).

3.7. Uduşların oynanılması   https://online-lottery-web.umico.az/ internet saytından istifadə etməklə təsadüfi qaydada həyata keçiriləcək.

3.8. Lotereya canlı yayımda https://www.instagram.com/umico.market/ hiperkeçid üzərindən sosial şəbəkədə yayımlanacaq və hər bir qalib olan şəxsə müvafiq SMS göndəriləcəkdir.

3.9. Lotereyada qalib olan şəxs Azərbaycan Rəspublikası, Bakı şəhəri, Nəsimi rayonu, Üzəyir Hacıbəyov 57 (Ferrari binası) ünvanına yaxınlaşaraq şəxsiyyətini təsdiq edən sənədi və Umico platformasında qeydiyyatdan keçdiyi zaman istifadə etdiyi mobil nömrəsi və “Umico” platformasında qalib gələn şəxsi kabinetində əks olunan elektron biletin indefikasiya kodunu təqdim etməlidir, sonuncu isə həmin məlumatların düzgünlüyünü yoxlamalıdır. Bundan sonra uduşun təhvil-təslimi aktı qalib olan şəxs və Təşkilatçı tərəfindən imzalanmalıdır, sonuncu isə lotereya qalibinin şəxsiyyət vəsiqəsinin surətini akta əlavə etməlidir. Qalib şəxs aktı imzalamaqla hədiyyəni tam qaydada və qüsursuz əldə etdiyini təsdiqləmiş olacaqdır. Qaliblər, uduşlar elan olunduqdan 90 (doxsan) iş günü ərzində onları təhvil almalıdır.

3.10. X tirajının final oyunun uduşunun (Nəqliyyat vasitəsi ZEEKR 001) qalibin adına rəsmiləşdirilməsi və bununla bağlı bütün xərclərin çəkilməsi qalib gələn şəxs tərəfindən keçirilir.

3.11. Müvafiq tiraj üçün təqdim edilmiş elektron biletlər növbəti tirajda istifadə edilmir (10-cu tirajda istifadə edilməsi istisna olmaqla). Həmçinin, 10-cu tirajda digər tirajlar üzrə (04.11.2024 - 05.01.2025-ci il tarix aralıqlarında olan tirajlar üzrə) uduşların qazandığı elektron biletlər istisna olmaqla, digər lotereya biletlərində həmin uduş fondunda qazanmaq şansı olacaqdır.

3.12. Qalib olan şəxs uduşu özü əldə edə bilmədiyi halda, onun numayəndəsi notarial qaydada təsdiq edilmiş etibarnaməni və bu Şərtlərin 3.9-cu bəndində qeyd olunan müvafiq sənəd və məlumatları Təşkilatçıya təqdim etməklə əldə edə bilər.

4. LOTEREYANIN UDUŞ FONDU HAQQINDA MƏLUMAT

4.1. Bu Şərtlərin 3-cü maddəsinə uyğun olaraq qeydə alınan iştirakçılar aşağıdakı cədvəldə əks olunan hədiyyələri əldə etmək hüququna malik olacaqdır:


I Tiraj üzrə

Saçlar üçün stayler (Dyson Airwrap styler HS05 Complete long barrel) – 2 ədəd

Smartfon ( HONOR 200 Pro, 12GB/512GB qara)– 2 ədəd

100 Umico Bonus- 5 ədəd

50 Umico Bonus -20 ədəd

10 Umico Bonus -50 ədəd

5 Umico Bonus -100 ədəd


II tiraj üzrə:

Robot-tozsoran (Xiaomi X20+ BHR8124EU)- 2 ədəd

Qulaqlıq (AirPods 4, Ağ)- 2ədəd

100 Umico Bonus- 5 ədəd

50 Umico Bonus -20 ədəd

10 Umico Bonus -50 ədəd

5 Umico Bonus -100 ədəd


III tiraj üzrə:

Apple Saat (Apple, seriya 10, qara) 2 ədəd

Robot-tozsoran (Xiaomi X20+ BHR8124EU) 2 ədəd

100 Umico Bonus- 5 ədəd

50 Umico Bonus -20 ədəd

10 Umico Bonus -50 ədəd

5 Umico Bonus -100 ədəd


IV tiraj üzrə:

Smartfon (Apple 16, qara, 8Gb/128Gb) - 5 ədəd

Qulaqlıq (Apple, AirPods Max, ağ) - 3 ədəd

100 Umico Bonus- 5 ədəd

50 Umico Bonus -20 ədəd

10 Umico Bonus -50 ədəd

5 Umico Bonus -100 ədəd


V tiraj üzrə:

Oyun konsolu (Sony Plastation 5 Slim Console 1TB) - 2ədəd

Smartfon ( HONOR 200 Pro, 12GB/512GB qara) - 2 ədəd

100 Umico Bonus- 5 ədəd

50 Umico Bonus -20 ədəd

10 Umico Bonus -50 ədəd

5 Umico Bonus -100 ədəd


VI tiraj üzrə

Notbuk (HONOR, MagicBook X16, Space Gray 6936520834174))- 2 ədəd

Televizor (LG 55UR91006LA.AMCE (6222048404426))- 2 ədəd

100 Umico Bonus- 5 ədəd

50 Umico Bonus -20 ədəd

10 Umico Bonus -50 ədəd

5 Umico Bonus -100 ədəd


VII tiraj üzrə:

Qulaqlıq (AirPods 4, Ağ) -2 ədəd

Smartfon (Apple 16, qara, 8Gb/128Gb)-5 ədəd

100 Umico Bonus- 5 ədəd

50 Umico Bonus -20 ədəd

10 Umico Bonus -50 ədəd

5 Umico Bonus -100 ədəd


VIII tiraj üzrə:

Smartfon (Apple 16, qara, 8Gb/128Gb)- 5 ədəd

Apple Saat (Apple, seriya 10, qara) -3 ədəd

100 Umico Bonus- 5 ədəd

50 Umico Bonus -20 ədəd

10 Umico Bonus -50 ədəd

5 Umico Bonus -100 ədəd


IX tiraj üzrə

Notbuk (HONOR, MagicBook X16, Space Gray 6936520834174)- 2 ədəd

Oyun konsolu (Sony Plastation 5 Slim Console 1TB)-2 ədəd

100 Umico Bonus- 5 ədəd

50 Umico Bonus -20 ədəd

10 Umico Bonus -50 ədəd

5 Umico Bonus -100 ədəd


X tiraj üzrə

Final oyun: Nəqliyyat vasitəsi ZEEKR 001 - 1 ədəd (Parametrlər 1 saylı Əlavədə qeyd edilir). Avtomobilin tam texniki göstəricilər bu Şərtlərə 1 saylı Əlavədə göstərilir.


Premium oyun: 7000 manata Səyahət sertifikatı. Səyahət sertifikatını udan şəxs “Pasha Travel” MMC tərəfindən təklif olunan istiqamətlərə 7000 manat məbləğinə səyahət  (uçuş, oteldə qalma və sair) etmək hüququnu qazanır.  Səyahətin qiyməti  qalib gələn şəxsin “Pasha Travel” MMC-yə müraciət etdiyi  tarixə olan “Pasha Travel” MMC-nin tarif qiymətlərinə uyğun müəyyən edilir. Səyahət sertifikarının məbləğindən 1 dəfə və tam məbləğ olaraq istifadə edilə bilər, hissəli istifadə mümkün deyil.

Qeyd: Qalib gələn səyahət istiqamətini seçərkən həmin istiqamətə müvafiq vizanı müstəqil şəkildə almalıdır. Seçilmiş istiqamətə səyahət ödənildikdən sonra Lotereya təşkilatçısı qalib gələn qarşısında öhdəliyi yerinə yetirmiş hesab edilir. Həmin istiqamətə qalib gələn vizanı ala bilmədiyinə görə Lotereya təşkilatçısı heç bir məsuliyyət daşımır

4.2. Qeyri-pul uduşlarının əvəzinə onların pul ekvivalentinin ödənilməsinə yol verilmir.

4.3. Uduşun alınması zamanı lotereya qalibi bu Şərtlərin 3.9-cu bəndində qeyd olunan sənədləri və məlumatları vaxtında təqdim etmədiyi təqdirdə uduşu əldə etmək hüququnu itirir.

4.4. Uduşlar bu Şərtlər ilə müəyyən edilmiş müddətdə lotereyanın qalibi tərəfindən əldə edilməyibsə və ya həmin şəxs təqdim etdiyi səhv əlaqə məlumatlarına görə qalib olduğu barədə xəbərdar olmayıbsa, həmin uduşlar Təşkilatçının sərəncamında qalır.

4.5. Uduş fonduna hər-hansı əlavə vəsaitin qoyulması nəzərdə tutulmamışdır

5. LOTEREYA BARƏDƏ MƏLUMATIN TƏQDİM EDİLMƏSİ VƏ DƏRC EDİLMƏSİ QAYDALARI

5.1.  Lotereyanın keçirilməsi şərtləri https://landings.umico.az/super-mega-bomba-lotereya/ qeyd edilir.

5.2. Təşkilatçı lotereyanın uduş fondu oynanıldıqdan sonra 10 (on) iş günü ərzində uduş fondu barədə https://www.instagram.com/umico.market/ hiperkeçid üzərindən məlumat verir. Lotereyanın uduş fondunun oynanılmasının nəticələrinin açıqlanması uduşlu lotereya elektron biletlərinin identifikasiya nömrələrinin, habelə onların hər birinə düşən uduşların kütləvi informasiya vasitələrində elan edilməsi yolu ilə həyata keçirilir.

5.3. Lotereyada iştirak şərtləri barədə məlumatları internet informasiya resursunda https://landings.umico.az/super-mega-bomba-lotereya/, sosial şəbəkədə, habelə “915 -Çağrı mərkəzi”nə zəng etməklə əldə etmək olar: (bazar ertəsi - cümə günləri, saat 09:00-dan 18:00-dək, danışıq dəyəri iştirakçının istifadə etdiyi rabitə operatorun tariflərinə uyğun olaraq iştirakçıdan tutulur).

6. LOTEREYADA İŞTİRAKLA BAĞLI İSTİSNALAR

6.1. Aşağıda göstərilən şəxslər Lotereyada iştirak etmək hüquqları yoxdur və istənilən halda Lotereyanın iştirakçısı sayılmırlar:

- 18 yaşına çatmamış şəxslər;

- Təşkilatçının, Sifarişçinin və “Kapital Bank” ASC-nin əməkdaşları.

7. DİGƏR MÜDDƏALAR

7.1. Lotereyada iştirak edən şəxs lotereyaya qoşularaq Umico mobil tətbiqində və Umico.az saytında yerləşdirilən bu Şərtlərlə tanış və onun bütün müddəaları ilə razı olduğunu, habelə bütün şərtləri və tələblərini yerinə yetirmək öhdəliyini qəbul etmiş olur.

7.2. Təşkilatçı lotereyada qalibin yazılı razılığı ilə onun adı, soyadı, atasının adı, foto, video, audio və digər məlumatların reklam məqsədləri üçün istifadə edə bilər. Təşkilatçı lotereyada udan şəxsin yazılı razılığı ilə göstərilən məlumatların, foto şəkillərin, müsahibələrin və digər materialların kütləvi informasiya vasitələrində, habelə hər hansı çap, audio-video, materiallarında pulsuz olaraq istifadə edə bilər. Bu cür təqdimat materiallara dair bütün hüquqlar Sifarişçiyə məxsusdur.

7.3. Təşkilatçı onun təqsirindən asılı olmayan və ya üçüncü şəxslərin təqsirindən irəli gələn hallara görə (məsələn, internet şəbəkəsənin işlək olmaması görə) məsuliyyət daşımır.

7.4. Təşkilatçı iştirakçılar tərəfindən verilən səhv məlumatın təqdim edilməsinə görə məsuliyyət daşımır.

7.5. Lotereyanın təşkilatçısı və iştirakçıları arasındakı mübahisələrə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmədə baxılır.

7.6. Lotereyanın şərtlərində dəyişiklik edilməsi üçün lotereya Təşkilatçısı dəyişilmiş şərtlərlə keçiriləcək ilk oyun tarixinə azı 7 (yeddi) iş günü qalmış səlahiyyətli orqana müraciət edir. Lotereyanın şərtlərində dəyişiklik edilməsi ilə bağlı müraciət səlahiyyətli orqana daxil olduğu gün qeydiyyata alınır və həmin tarixdən etibarən 3 (üç) iş günündən gec olmayaraq, səlahiyyətli orqan dəyişikliklər edilməsinə icazənin verilməsi və ya bundan imtina edilməsi barədə qərar qəbul edir.

7.7. Lotereyanın şərtlərində dəyişiklik edilməsinə razılıq verilməsi və ya bundan imtina edilməsi barədə qərar lotereya təşkilatçısına təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.

7.8. Lotereya iştirakçılarının lotereyanın təşkili ilə bağlı bütün iddiaları lotereyanın Təşkilatçısına - Bakı şəhəri, AZ1065, Bakı şəhəri, Bakıxanov küçəsi, 48C, 5-ci mərtəbə ünvanına çatdırılmalıdır.

7.9. Bu Şərtlərlə nəzərdə tutulmayan digər məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tənzimlənəcəkdir.